!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın separatizmə verdiyi DƏSTƏK: "Müharibə bir müddət də davam etsə..." - ŞƏRH

!Reklam – Yazi

“Ukrayna tərəfi çox düzgün manevrlər edərək Avropa, ABŞ və NATO ilə Rusiyanı qarşı-qarşıya qoydu. Dünyada çox ciddi proseslər baş verir və belə demək olarsa, Üçüncü Dünya müharibəsinin astanasındayıq”.

Bu fikirləri Ukrayna Rusiya müharibəsi, müharibənin başlama səbəbləri və yeni münaqişə zonalarının yaranma ehtimalını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, müharibə başlayanda artıq bu, Ukrayna və Rusiya ilə məhdudlaşmırdı:

“Paraşenko hökumətini Qərb və ABŞ qəbul etmirdi. Zelenski hakimiyyətə gələndən sonra isə NATO və Qərbə inteqrasiya ilə bağlı fikirləri konkretləşdirdi. Maraqlısı odur ki, Zelenskiyə ən çox səsi Rusiya-Ukrayna sərhəd bölgəsində yaşayanlar verdi. Bununla da vəziyyət dəyişdi. Ukraynada 7 milyon birgə nikahda olan rus, ukraynalı ailələr var. 2014-cü ildən fərqli olaraq müharibənin konteksi də dəyişdi. 2014-cü ildə əhali rus ordusunu gözləyirdisə, Zelenskiyə səs verənlər Avropaya inteqrasiyanın tərəfdarı oldular.

Ukrayna Rusiyanın Avropaya boğazıdır. Qaz xətti Avropaya Ukrayna ərazisindən keçirdi. Rusiya daha sonra Avropaya “Şimal axını” qaz xəttini çəkməyə başladı. Zelenski başqa dövlətləri inandırmağa və təşviq etməyə başladı ki, yeni xətt çəkilməsin. Çünki birinci xətdən gəlir götürən Ukrayna ikinci xəttin gəlirindən məhrum olacaqdı. Təbii ki, bu da Rusiyanı qıcıqlandırdı. Rusiya istəyirdi ki, Avropanı özündən asılı salsın və Ukraynaya xeyir verməsin.

Əgər Rusiya Ukraynaya bu hücumu etməsəydi, Avropa, hardasa, Krım ilhaqı və Donetsk, Donbas və Luqanskın işğalı ilə razılaşacaqdı.

Rusiya separatizmdən istifadə etməyə başladı, bu, dünyada separatizmə təkan verdi. Çin Tayvana hücum etmək istədi. Artıq informasiya yayılıb ki, Yaponiya Hokkaydo adasında Rusiya hərbçiləri ilə qarşıdurmaya gedə bilər. Düşünürəm ki, müharibə bir müddət də davam etsə, başqa-başqa bölgələrdə də tarixi torpaqlar və separatizm nümunələri görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

1267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv