!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Şimal dənizində “casus” GƏMİLƏRİ VAR? – İDDİA/FOTOLAR

!Reklam – Yazi

Rusiyanın Şimal dənizi tərəfdə külək stansiyalarını və rabitə kabellərini sabotaj etmək planı olduğu iddia edilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Danimarka, Norveç, İsveç və Finlandiya ictimai yayımçılarının birgə araşdırması nəticəsində əldə edilib.

Bildirilib ki, Rusiyanın bir çox dəniz ərazisində balıqçı trolları, həmçinin tədqiqat gəmiləri formasına bürünmüş donanmaları var. Həmin donanmalar müşahidə xarakterlidir və təxribat edə biləcəkləri əsas yerlərin xəritəsini hazırlamaq məqsədi daşıyır.

Danimarkalı əks-kəşfiyyat zabiti bildirib ki, təxribat planları Qərblə bir yerdə hazırlanır. Norveç kəşfiyyatçıları isə tam əksini düşünür. Onlar hesab edir ki, təxribat planı birbaşa Moskvadan idarə olunur.

Bundan əlavə, hesabatda əsas diqqət Rusiyanın “Admiral Vladimirski” adlı gəmisinə yönəlib. Kağız üzərində həmin gəmi Ekspedisiya Okeonoqrafiya, yəni sualtı tədqiqat xarakteri daşıyır. Lakin iddia edilir ki, bu sadəcə rəsmi olaraq belədir, əslində, o, Rusiyanın casus gəmisidir.

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv