!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın Su-35-ləri zibildən başqa bir şey deyil” – Amerikalı top-pilot

!Reklam – Yazi

“Rusiyanın Su-35-lərini radarda asanlıqla tutmaq və uzaqmənzilli raketlə vurmaq olar”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya istehsalı olan Su-35 qırıcılarının texniki göstəricilərini qiymətləndirən ABŞ hərbi aviasiyasının top-pilotlarından biri, istefada olan polkovnik-leytenant Den Hempton deyib.

Hemptonun sözlərinə görə, Su-35-lər aviaşoularda cəlbedici görünsələr də, əslində, “zibildən başqa bir şey deyillər”:

“Ruslar bu təyyarələri gözəl rəngləyərək ulduzlarla, başqa elementlərlə bəzəyirlər. Ancaq onları analiz edəndə, göründükləri qədər də yaxşı təyyarə olmadıqları üzə çıxır. Şəxsi fikrimdir, Su-35-lər aviaşoularda cəlbedici görünsələr də, əslində, zibildən başqa bir şey deyillər.

Su-35-lər AESA radarları ilə təchiz olunmayıb. Həm də bu təyyarələr çox böyükdür və iki müərrikə malikdir. Onu radarda asanlıqla tutmaq və uzaqmənzilli raketlə vurmaq olar. Ümumiyyətlə, Rusiyanın nə Su-35, nə də başqa hərbi təyyarələrinə heç vaxt güvənməzdim”.

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv