!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın "susqunluğu"nun PƏRDƏARXASI: “Volkovun proseslərdə əli var... ” - ŞƏRH

!Reklam – Yazi

“Ekoloqlarımızın fəaliyyətinə mane olmaq Azərbaycan cəmiyyətində Rusiyaya qarşı şübhə doğurur”.

Bunu Rusiyanın Qarabağda sülhməramlıların fəaliyyətinə qarşı keçirilən etiraz aksiyasına rəsmi münasibət bidirməməsinə fikir bildirən siyasi şərhçi Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiyanın Azərbaycan ekoloqlarının qanuni tələblərinə təşəbbüskar mövqe göstərməməsi təəccüblüdür:

“Ekoloqlarımızı narahat edən iki məsələ var: Qarabağdakı sərvətlərimizin talan edilməsi, Xankəndiyə Ermənistandan şübhəli yüklərin daşınması. Məsələ ilə bağlı Rusiyanın aydın mövqe nümayiş etdirməməsi bir sıra fikirlərin yaranmasına səbəb olur. Azərbaycanın Rusiyaya qarşı sarsılmış etimadı tamamilə zəifləyir.

Rusiya Laçın yolunu Azərbaycanın bağladığı qənaətinə gələrək, açılması üçün tədbir görməyə çağırıb. Bu qəbuledilməz haldır.

Şübhəli yüklərin Xankəndiyə daşınması, sərvətlərin talan edilməsində Rusiyanın müəyyən dairələrinin iştirakı olduğu düşünülür. Belə düşünməyə əsas verən üç variant var. Birinci variant, sülhməramlı komandanı Andrey Volkovun baş verən proseslərdə əli olduğu, ikinci variant, Rusiya hərbi siyasi elitasının maraqları, üçüncü variant, Rusiyanın müəyyən hərbi-siyasi dairələrinin Qarabağda eskalasiyanın yaranmasında maraqlı olması. Hələ ki üçüncü variantı düşünmək üçün kifayət qədər əsas yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv