!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın taxıl qadağasının Azərbaycana TƏSİRİ: "Bu, uzunmüddət davam etsə..."

!Reklam – Yazi

Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, Rusiya taxıl və şəkərin ixracına müvəqqəti qadağa qoyub. Taxıl qadağası martın 31-dək qüvvədədir və qadağa buğda, çovdar, arpa və qarğıdalıya aiddir.

Rusiyanın bu qadağasının Azərbaycana təsirləri ilə bağlı politoloq Elman Vəliyev öz fikirlərini Yenicag.az-la bölüşüb.

O qeyd edib ki, Rusiya bu ixracatları dayandırmaqla öz ehtiyatını qorumuş olacaq. Belə ki, bu addım ərzaq təhlükəsizliyi ilə bağlıdır:

“Rusiya həm özünün, həm də Avrasiya İttifaqının taxıl ixracatını dayandırıb. Avrasiya İttifaqına daxil olan (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan – red.) dövlətlər əvvəllər rüsum ödəmirdilər, daha doğrusu. az miqdarda ödəyirdilər. Bu həm də sui-istifadənin qarşısını almış olacaq. Rusiya taxılının əsas alıcıları Qərb deyil, Türkiyə və İrandır. Yəni Rusiyanın bu qadağası Qərbi küncə sıxışdırmaq üçün deyil, öz ehtiyatı üçündür.

Azərbaycanın taxıl idxalının bir xeyli hissəsi Qazaxıstan və Rusiyadan gəlir. Bu baxımdan, məlum qadağa Azərbaycan iqtisadiyyatına müəyyən qədər mənfi təsir göstərmə qabiliyyətindədir. Əgər bu ixracat qadağası uzun müddət davam edərsə, problem arta bilər. Ancaq Rusiyanın bu qadağası iyul-avqust ayları üçün keçərlidir. Rusiya bunu düşünülmüş şəkildə edir”.

Elman Vəliyevə görə, Azərbaycan taxıl sektorunda xarici asılılığı azaltmaq üçün fermerlərə subsidiyaları artırmaqla müsbət nəticə əldə edə bilər:

“Ümumiyyətlə, hər hansı bir ölkənin bir sferasındakı boşluğu xaric ödəyirsə, o, gələcəkdə problem yarada bilər. Un məhsulunun 26 manatdan 38 manata qalxması da bazardakı tarazsızlıqdan qaynaqlanır. Amma Azərbaycan Avrasiya İttifaqının üzvü deyil və başqa taxıl ixrac edən ölklərdən idxalat edə bilər”.

Gülşən Şərif

www.yenicag.az

933
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv