!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın təcavüzkar siyasəti: "Gələcək üçün çox ciddi proseslərin əsası qoyula bilər"

!Reklam – Yazi

“Dünən baş verən hadisə Rusiyanın aqressivliyinin, başıpozuqluğunun təzahürüdür. Rusiya öz qurduğu tələyə özü düşdü. Düşünürəm ki, Rusiyanı yaxşı gələcək gözləmir. O cümlədən Ukraynanın özünün də gələcəyi qaranlıqdır”.

Bu fikirləri Rusiyanın aqressiv siyasətini, Ukrayna ətrafında baş verən prosesləri şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

 

Zəlimxan Məmmədli bildirib ki, Rusiya təkqütblü dünya modelinə etiraz edirdi, əslində, bu model Rusiyanın sıradan çıxarılmasına hesablanmışdı:

“Putin əvvəllər post-sovet ölkələrini özünün təhlükəsizlik zolağı olduğuna eyham vururdu, sonradan isə bunu açıq şəkildə bəyan edir. Rusiya NATO-nun genişlənməsini və Avropa Birliyinin sərhdlərinə gəlməsini qəbul etmir və bunun təhlükəsizliyinə təhdid hesab edir. Rusiyanın timsalında demokratiyadan, insan hüquq və azadlıqlarından uzaq qonşuları ilə aqressiv dildə danışan bir dövlət görürük. Gürcüstanda Abxaziya və Osetiya, Ukraynada Donestsk, Luqansk, hətta Qarabağa rus qoşunun yeridilməsi də bunun tərkib elementidir. Yəni post-sovet ölkələrinin Avropaya inteqrasiyası, əməkdaşlığı baş tutmamalıdır.

Gəzərək, görərək bilirəm ki, demokratik, insan hüquq və azadlıqları olan bir dünya var. Bir də Rusiyanın təklif etdiyi, bunun tam əksinə olan bir dünya. Rusiyanın aqressiv siyasətindən qurtulmaq lazımdır.

Bu gün gələcək üçün çox ciddi proseslərin əsası qoyula bilər. NATO-nun, Avropa Birliyinin mövqeyi çox önəmlidir. BMT-nin Təhlükəsizlik Şurasının çağırılması tələbi var. Qətnamələr ola bilər. Ancaq proqnoz vermək xeyli çətindir. Ona görə ki, diplomatiya artıq yerini hərbə verib”.

Səxavət Məmməd

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv