!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın təcavüzkar statusu: "Kiçik ölkələr özlərini qorumaq məcburiyyətindədir"

!Reklam – Yazi

“Əgər Rusiya Ukrayna üzərində istədiyini qazanarsa, onda digər ölkələr də çox ciddi təhlükə altına düşə bilər. Ancaq Ukraynada uğur qazanmadan, dişi qırılmış halda çıxsa, Rusiya qonşuları ilə xeyli dərəcədə ehtiyatlı davranmalıdır”.

Bunu Rusiya-Ukrayna müharibəsinin sonunda Azərbaycanın da yer aldığı bölgədəki proseslərin hansı xətt üzrə gedəcəyini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında söyləyib.

Elşad Musayev bildirib ki, Rusiya müharibədən qalib ayrılmasa, bölgədə bəzi dəyişikliklər mümkündür:

“Rusiya Ukraynaya girəndə bir neçə planı var idi. Birinci variant ondan ibarət idi ki, Ukraynanı işğal etsinlər, Kiyev və digər böyük şəhərləri tutsunlar. Siyasi rəhbərliyi kənarlaşdırsınlar, özlərinin istədiyi hakimiyyəti bərqərar etsinlər. Sonra da dünyaya meydan oxusunlar. Təbii ki, bunlar baş tutmur.

Rusiya hazırda şəhərləri mühasirədə saxlayaraq sahədə əldə edə bilmədiyini masada almaq istəyir.

Putinin də istədiyi odur ki, Ukraynadan qalib ayrılsın. Əslində, ölkə daxilində ona qarşı bir güc də yoxdur. Əksinə, yüz illərdir işğalçılıq təfəkkürü ilə böyüdülmüş rus xalqının böyük əksəriyyəti Putini qəhrəmanı kimi görür. Zəifləmişdə olsa, Putin Rusiyanın başında qalacaq.

Qərbin Ukraynaya etdiyi kömək yalnız partizan müharibəsi üçündür. ABŞ Ukraynaya maddi yardımlar edir. Belə olan halda müharibə uzanacaq. Ukrayna yalnız öz ərazisindən Rusiyanı təmizləyə bilər. Ukraynanın Rusiya ərazisinə girmək şansı yoxdur. Ona görə də hücum edib Putinin devrilməsini gözləmək əbəsdir.

Əgər Rusiya Ukrayna üzərində istədiyi qazanarsa, onda digər ölkələr də çox ciddi təhlükə altına düşə bilər. Çünki dişi qana batmış Rusiya rəhbərliyi Orta Asiyada və postsovet ölkələrinə istədiyini diqtə edəcək. SSRİ-nin bərpası xülyasına qapılanlar da var. Ancaq Ukraynada uğur qazanmadan, dişi qırılmış halda çıxsa, Rusiya qonşuları ilə xeyli dərəcədə ehtiyatlı davranmalıdır.

Bəzən populist çıxış edənlər var. Deyirlər, beynəlxalq hüquq var. Bütün dünya Rusiyaya deyir, Ukraynadan çıx, ancaq çıxmır. Kiçik ölkələr müəyyən qədər özlərini qorumaq məcburiyyətindədir. Rusiya prosesdən zəif çıxsa, Türkiyə kimi bir ölkə ilə müttəfiqik. Belə olan halda,  Qarabağdakı məsələni həll etmək şansı qazanacağıq”.

Səxavət Məmməd

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv