!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın tələblərinin qəbul edilməsi TƏKLİFİ: "Əsas ABŞ-nin nə deyəcəyidir" - Politoloq

!Reklam – Yazi

“Müharibə yalnız ABŞ ilə Rusiya masada oturarsa, dayana bilər. Ukraynanın taleyi bu iki ölkədən asılı olacaq. Müharibənin nə qədər davam edəcəyini də, nə zaman dayanacağını da Rusiya və ABŞ müəyyən edəcək, başqaları yox”.

Bunu Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-nin sabiq dövlət katibi Henri Kissincerin Rusiyanın şərtlərinin qəbul olunması yönündəki fikirlərinə və Ukraynanın Avropa İttifaqına yalnız 15-20 ilə üzv ola biləcəyi ilə bağlı rəsmi Parisin mövqeyinə münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, geosiyasi məkanda bəzi böyük dövlətlər Ukraynadan daha çox öz maraqlarını və qazanclarını düşünürlər:

“Henri Kissincer dünyada beynəlxalq siyasəti çox yaxşı bilən adamlardan biridir. Kissincer bildirir ki, Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir. Bundan əlavə, o, Putin və Rusiyanın nüfuzunun qorunması barədə də fikirlər səsləndirib. Ukrayna-Rusiya müharibəsinin ay yarımında “İtaliya plaforması” yarandı. Bəzi ölkələr bildirir ki, Rusiyanın nüfuzu qorunmalıdır, Putini nəzərə almaq lazımdır, Ukrayna ərazi güzəştinə getməlidir. Fransanın yeni xarici işlər naziri də Henri Kissincerin mövqeyinə yaxın bir bəyanat verdi. Fransa bundan əlavə. açıq şəkildə bildirdi ki, Ukraynanın yaxın vaxtda Avropa İttifaqına üzv olması gözlənilən deyil. Bunun üçün 15-20 il vaxt lazımdır. Almaniya, İtaliya, Fransa, Macarısan, Yunanıstan Rusiyanın nüfuzdan düşməsini istəmirlər. Əsasən, iki dövlət – Fransa və Almaniya istəmir ki, Ukrayna Avropa İttifaqına daxil olsun. Çünki onlar ən çox Rusiya ilə ticari əlaqədədirlər. Fransa və Almaniya şirkətləri ən çox Rusiyaya məhsul satırdı və bunun dövriyyəsi çox idi. İndi onlar bunu edə bilmir. Həmin dövlətlər də çıxış yolu axtarırlar.

Ölkələr və şəxslərin nə deməsindən aslı olmayaraq, əsas ABŞ-nin nə deyəcəyidir. Ukraynaya birbaşa yardım edən və dəstək verən ABŞ-dir. Düşünürəm ki, Ukrayna hakimiyyəti də ABŞ-nin tezisləri əsasında siyasət həyata keçirir”.

Səxavət Məmməd

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv