!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Türkiyə ilə ehtiyatlı davranmasına SƏBƏB: “Soyuqluq müşahidə olunan dövrdə Ərdoğanın açıqlaması...”

!Reklam – Yazi

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə bağlı açıqlaması da bu dövrə təsadüf etdiyindən maraq doğurur. Əslində Türkiyə Prezidenti Rusiyanı qıcıqlandıracaq nəsə deməyib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində rus sülhməramlıları ilə bağlı verdiyi mesajların iki ölkə münasibətlərinə necə təsir edəcəyi haqda fikirlərini səsləndirən “Cümhuriyyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Türkiyə-Rusiya münasibətlərində son günlər bir soyuqluq müşahidə olunur. Burada bir neçə məqam var: Onlardan sonuncusu “Azov” batalyonu komandirlərinin Ukraynaya təhvil verilməsi ilə bağlıdır. Rusiya tərəfi açıq şəkildə bu məsələdən narazı qaldığnı bildirir və Türkiyədən bunun izahını istəyir. Narazılıq o həddədir ki, Rusiya Prezidenti özü də məsələyə münasibət bildirdi. Putin çoxlu suallar yarandığını və Türkiyənin bunu niyə etdiyini hələ tam bilmədiyini deyir.

İlk baxışda bu mövqe münasibətlərin U nöqtəsi də ola biləcəyi ehtimalını da artırır. Amma bu elə də real görünmür. İndiki halda münasibətlərin pozulması Rusiyanın əleyhinədir. “Azov” batalyonu komandirlərinin qaytarılması ilə bağlı açıqlamalara rəğmən, Rusiya bu məsələdə dərinə getməyəcək.

Ərdoğan isə işini görüb. Amma Ruisyanı da konkret olaraq qapı arxasında qoymaq istəmir. Ona görə də avqust ayında Putinlə görüş anonsu verdi və Rusiyanı bir növ neytrallaşdırdı. Rusiya ictimai rəyində və ən yüksək siyasi dairələrdə Türkiyənin bu addımını Qərbin təzyiqi ilə əlaqələndirirlər. Onlara görə, Qərb Türkiyəyə təzyiq edir və Rusiya ilə münasibətlərin pozulmasını istəyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə bağlı açıqlaması da bu dövrə təsadüf etdiyindən maraq doğurur. Əslində Türkiyə Prezidenti Rusiyanı qıcıqlandıracaq nəsə deməyib. 10 noyabr Bəyanatının şərtlərinə istinad edərək, Rusiya sülhməramlılarının 2025-ci ildə mandatlarının bitəcəyini və bölgəni tərk edəcəklərini bildirib.

Həmin şərtə görə Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Ərdoğanın bu açıqlamasının Rusiya-Türkiyə münasibətlərində növbəti gərginlik yaradacağı inandırıcı deyil. Çünki Rusiya Türkiyə ilə ehtiyatlı davranmaqda maraqlıdır. İndiki situasiyada Türkiyə Rusiya üçün siyasi, iqtisadi və sosial mənada bir nəfəslikdir. Ukrayna müharibəsindəki problemlər, Qərbin sanksiyaları, mifləşdirilmiş ordunun zəifliyi, daxildəki qeyri-sabitlik, müəmmalı “Priqojin üsyanı” Rusiyanı Türkiyə ilə hansısa formada qarşıdurmada böyük çətinliklərlə üzləşdirə bilər. Ona görə də Putin Türkiyəyə qarşı ehtiyatlı münasibət sərgiləyir.

Sülhməramlıların mandatı ilə bağlı məsələdə əsas söz sahibi Azərbaycandır. Azərbaycanın konkret mövqeyi var ki, bəyanatdakı müvafiq bəndlər yerinə yetirilsin. Lakin indiyə kimi bəyanatın şərtləri tam icra edilmir. Ona görə də Rusiya sülhməramlılarının orada qalıb-qalmaması bizim xeyrimizə nəyisə dəyişəcək deyil.

Bəyanatın müvafiq bəndinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilməli idi. Lakin bu şərt hələ də yerinə yetirilməyib, amma sülhməramlılar artıq 3 ildir oradadır. Ona görə də hesab edirəm ki, mandatı iki ildən sonra bitən sülhməramlılar zamanında bölgəni tərk edəcəklər və Azərbaycan da bunu istəyir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv