!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanın Ukrayna ilə bağlı bütün planları sabun köpüyü kimi dağılacaq" - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Ukraynadan qopardığı torpaqlar gec-tez öz sahibinə qaytarılacaq, bu mütləqdir. Rusiya bu məsələyə bir qədər emosiya ilə yanaşır, ancaq başa düşmür ki, öldürücü sanksiyalar tətbiq edildikdən sonra məhvə doğru gedəcək. Rusiyanın Ukrayna ilə bağlı bütün planları sabun köpüyü kimi dağılacaq”.

Bu fikri Donetsk və Luqanskın Gürcüstanın Abxaziya və Osetiyanın teleyini yaşama ehtimalı və bununla bağlı Rusiyanın əməli fəaliyyətə keçməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, Rusiyanın istəyi Donetsk və Luqanskı müstəqil dövlət edib, sonra da öz tərkibinə qatmaqdır:

“Putin 2024-cü ildə nəzərdə tutulmuş prezident seçkilərinə qədər seçicilərin müəyyən emosiyalarını, millitarist əhval-ruhiyyəni ödəmək üçün Krım, Donetsk və Luqanskı Rusiyaya birləşdirmək istəyir. Bundan əlavə, ittifaq dövlət ideyasını da həmin vaxta qədər reallaşdırmaq istəyir. Rusiya əsas diqqətini Belarusdan sonra Qazaxıstana yönəldib. Artıq Ukraynanın adı gedən ərazilərinin Rusiya tərəfindən ilhaqı baş verib. Sadəcə olaraq de-yure həyata keçirməyə çalışırlar. Əgər bu baş verəcəksə, Qərb dayanmayacaq. Ukraynanın özü də ciddi mübarizə aparacaq. Ukrayna Gürcüstan kimi kiçik bir dövlət deyil ki, ərazilərinin qəsb edilməsi ilə barışsın. Əminəm ki, Ukraynanın öz potensialı, üstəgəl, Qərbin ona verəcəyi dəstək bir qədər də artmaqdadır. Elə vəziyyət yaranacaq ki, Ukraynanı asan loxma hesab edən Rusiya o loxmanın udulması zamanı boğulacaq”.

Səxavət Məmməd

www.yenicag.az

867
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv