!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ukrayna müharibəsində ƏSAS HƏDƏFİ: Bu əraziləri işğal edəcək

!Reklam – Yazi

“Rusiya qələbə əldə etmək üçün, hətta danışıqlar masasına oturduqda əllərində böyük bir ərazinin olması üçün hücumlarını davam etdirəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya Ukrayna müharibəsinin gedişi, rusların hücum tempini artırması və gözləntiləri şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya noyabr ayına qədər işi bitirmək istəyir.

“Rusiya bir neçə istiqamətdən hücumlar təşkil edir. Əsas hücum istiqaməti indiki məqamda Xarkov istiqaməti sayılır. Rusiya bir neçə kəndi işğal edib. Ukrayna tərəfi isə bildirir ki, o kəndlər neytral zonada olub. Qərb Ukraynaya uzun zamandır ki, silah-sursat vermir. Bu da özünü müharibənin gedişində göstərdi. Rusiya ABŞ-dakı seçkilərə qədər maksimum nə qədər bacarırsa, Ukrayna ərazisini işğal edəcək. Rusiya Xarkov istiqamətinə 50 mindən artıq qoşun toplayıb. Ukrayna tərəfinin qoşunu var, ancaq ştata uyğun silahı yoxdur. Bu çətinlilər hamısı göz qabağındadır”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, Ukrayna ordusunun uğuru Qərbin silah-sursatla onları təmin etməsindən aslıdır.

“Güman edirəm ki, Rusiya qələbə əldə etmək üçün, hətta danışıqlar masasına oturduqda əllərində böyük bir ərazinin olması üçün hücumlarını davam etdirəcək.

Güman etimirəm ki, Rusiya Xarkov kimi böyük bir şəhəri işğal edə biləcək. Ancaq Xarkovun bir hissəsini götürə biləcəklər. Əgər Qərb silah yardımı etməyəcəksə, vəziyyət acınacaqlı ola bilər.

Rusiyanın digər hədəfi isə Qara dənizə çıxışdır. Ona görə də Odessa istiqamətdə də onların hərəkət edəcəyini gözləmək lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv