!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ukraynada məhv edilən 50 min əsgəri: “Biz heç nə itirməmişik” - Putin

!Reklam – Yazi

Rusiya Prezidenti ölkəsinin hərbi təcavüzünü davam etdirdiyi Ukraynada “heç nə itirmədiyini” bildirib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Şərq İqtisadi Forumundakı çıxışında danışıb.

Rusiyanın Ukraynada 50 mindən çox əsgəri həlak olsa da, Putin iddia edib ki, ölkəsi bu savaşda heç nə itirməyib, dünyada gedən qütbləşmə prosesi isə onların xeyrinə olub:

“Fikrimcə, biz heç nə itirməmişik və itirməyəcəyik. Əldə olunanlara gəldikdə isə deyə bilərəm ki, bizim əsas nailiyyətimiz suverenliyimizin möhkəmləndirilməsidir. Bu, indi baş verənlərin labüd nəticəsidir”.

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv