!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ukraynada SAVAŞI: Qaz bazarları ilə bağlı proqnozlar dəyişdi

!Reklam – Yazi

Qlobal qaz tələbinin 2030-cu ilə qədər ən yüksək həddə çatacağı proqnozlaşdırılır.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (IEA) Dünya Enerji Görünüşü 2022 (WEO) hesabatında yer alıb.

Hesabata əsasən Ukrayna ilə müharibədən sonra Rusiyanın qalıq yanacaq ixracatının heç vaxt 2021-ci il səviyyəsinə qayıtmayacağı proqnozlaşdırılsa da, Rusiyanın beynəlxalq təbii qaz ticarətində 2021-ci ildə 30 faiz olan payının 2030-cu ilə qədər 15 faizə enəcəyi gözlənilir.

Dünyada təmiz enerji transformasiyası siyasətini sürətləndirməklə bu nisbəti 10 faizə endirmək olar. Nəticədə, Rusiyanın qalıq yanacaq ixracatındakı gücünü itirməsinin 2030-cu ilə qədər ixrac gəlirlərinin 1 trilyon dollar itkisinə səbəb olacağı proqnozlaşdırılır.

Gülşən

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv