!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanın Ukraynaya girməsi Qərbə, ABŞ-yə, NATO-ya mesajdır" - Hərbi ekspert 

!Reklam – Yazi

“Rusiyanın fikri Donetsk və Luqanskın xəritədə olan ərazisini bərpa etmək deyil”.

Bunu Rusiya ilə Ukrayna müharibəsinin başlamasını şərh edərkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, Rusiyanın Krım istiqamətində Belarusdan da hücum həyata keçirdiyini bilirik:

“Belarus ordusunun da qarışmağı barədə iddialar var. Texnikaların irəliləməsi müşahidə olunur. Rusiya tərəfi itkilər də verir”.

Rövşən Məhərrəmov bildirib ki, Rusiyanın Ukraynaya girməsi Qərbə, ABŞ-yə, NATO-ya bir mesajdır:

“Rusiya açıq şəkildə Qərbə deyir ki, imperiya kimi varam. Putinin çıxışdan gördük ki, Qərbə barmaq silkələdi. Açıq şəkildə dedi ki, kimsə həddini aşsa, müdaxilə eləsə cavab alacaq. Rusiyaya qarşı böyük sansiyalar olacaq. Düşünürəm ki, Ukrayna xalqı və ordusu mübarizə aparacaq.

Rusiya ordusu Xarkov şəhərinə də girib. Ukrayna ordusu da itkilər verib. Aldığım məlumata görə, ruslar da xeyli itki verib. Xarkovda rusların xeyli tankı vurulub. Rusların piyada qoşunlarının hərəkətində çətinliklər var. Ona görə də, raketlər və ağır artileriyadan durmadan Ukraynanı bombalayırlar. Bundan əlavə, Rusiyaya məxsus 5 qırıcı və bir helikopterinin vurulmasını da Ukrayna rəsmi olaraq təsdiqlədi.

Avropa və ABŞ son sözünü deməyib. NATO təcili toplantı çağırıb. Ümid edirəm ki, Qərb əllərindən gələni edəcək ki, müharibə dayansın. Bundan əlavə, Ukraynanı silahlandırmalıdırlar. Əlavə olaraq müasir silahlar göndəriləcək. Rusların raket zərbələri nəticəsində Ukrayna hərbi hava qüvvələrinin 1 faizi sıradan çıxıb. Buna baxmayaraq, Avropa yəqin ki, Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək. Qərb yalnız silah-sursatla Ukraynaya kömək edə bilər, ancaq qoşun yeridəcəyini düşünmürəm. Bu, inandırıcı deyil.

Müharibə nəticəsində Ukraynanın şəhərləri dağılır, hava limanları sıradan çıxarılıb. Hal-hazırda Rusiya uzaqmənzilli raketlərdən istifadə edir. Kiyev hava limanı da vurulub. Ora 3 raket zərbəsi endirilib. Xarkov hava limanı da həmçinin vurulub. Bundan əlavə Rusiya dəniz yolu ilə də hərəkətə keçib. Odessa portu da bombalanıb və gəmidən Odessa şəhərinin girəcəyinə desant çıxarıblar. Mənə elə gəlir ki, şəhər döyüşləri gedəcək. Fikrimcə, Ukrayna ordusu şəhər döyüşlərinə hazırlıq görüb. Hesab edirəm ki, müharibə davam edəcək. Hələki çaşqınlıqdır. Ukrayna rəsmi olaraq fövqəladə vəziyyət elan etdi. Bu o deməkdir ki, bütün xalq silahlanacaq və döyüşlər davam edəcək. İnanmıram ki, Putin öz əməlindən geri çəkiləcək. Müharibə uzun müddət davam edə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

2094
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv