!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ukraynaya təcavüzünün yaratdığı ACINACAQLI DURUM - Dünyaya ÇAĞIRIŞ

!Reklam – Yazi

Rusiya-Ukrayna müharibəsi bəzi ölkələrdə ərzaq böhranına səbəb olur. Bu ölkələrdən biri də dünyanın üçüncü ən zəif inkişaf etmiş Mərkəzi Afrika ölkəsi Çaddır.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

Məlumata görə, Çad ərzaq təchizatındakı balansızlıq səbəbindən fövqəladə vəziyyət elan edib.

Çad hökuməti bütün dünyaya çağırış edərək, kömək istəyib:

Fərmanda, humanitar yardım, o cümlədən ərzaq yardımı göstərilməsə, bunun əhali üçün təhlükə yaradacağından bəhs edilib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, Ukraynadakı limanlar açılmasa, “aclıq və məcburi kütləvi miqrasiya” baş verə bilər.

Xüsusilə buğda ehtiyacının yarıdan çoxunu bu iki ölkədən qarşılayan Afrika ölkələrində qıtlığın olacağı ilə bağlı həyəcan təbili çalınır.

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv