!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın ürəyində qalan arzusu: "Qərb Putini bu yolla məhv etmək istəyir" - Hərbi ekspert 

!Reklam – Yazi

“Müharibənin ilk günündə Putinin, Rusiya hərbi rəhbərliyinin gözləntisi özünü doğrultmadı”.

Bunu Ukrayna-Rusiya müharibəsinin ilk gününü dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Rusiya 2014-cü ildəki taktikadan istifadə edərək böyük şəhərləri tutmaq istəyirdi, ancaq çox ciddi müqavimətlə qarşılaşıb:

“Rusiyanın Ukrayna sərhədinə yığdığı 150-200 minlik qoşunla Ukrayna boyda ölkəni və xalqı işğal etmək qeyri-mümkündür. Rusiya isə bunu bildiyi üçün raket, artilleriya, havadan hücum etməklə çaşqınlıq, xaos yaradacaqlar, orduda fərarilik olacaq, əhali bir-birinə qarışacaq və həmin anda desantın köməyi ilə vilayət mərkəzləri ələ keçiriləcək və Kiyev fakt qarşısında qalacaq. Həmin əməliyyatı da daha sonra Kiyevdə edəcəklər. Bu plan baş tutmadı. Ukrayna ordusu çatışmazlıqlara və Rusiyanın çox güclü hücumuna baxmayaraq dirəniş gətirə bildi. Rusiyanın o qədər böyük imkanı da yoxdur ki, bütün cəbhə boyu hərəkət etsin. Görünən odur ki, Ukrayna ordusu qəsdlə geri çəkilir, rus qoşunu şəhərlərə daxil olandan sonra hücuma keçib ciddi itkiyə məruz qoyurlar. Rusiya ordusuna tapşırıq verilib ki, yerli əhalini incitməsin. Ona görə də, xalqın arasına qarışan Ukrayna silahlıları şəhər döyüşlərində Rusiyaya ciddi müqavimət göstərə bilir. Bütün bunlara görə də, planlaşdırılanın əksinə olaraq Kiyev alınmadı və Zelinski təslim olmadı. Bu səbəbdən də səhər saatlarından başlayaraq Kiyev şəhəri vurulmağa başlayıb.

Digər tərəfdən də işğal edilən bəzi şəhər və qəsəbələr geri alınıb. Bir neçə gün Ukrayna hökuməti dözə bilsə düşünürəm ki, Rusiyada anti-müharibə dalğası artan xətlə gedəcək və müharibəni dayandırmağı Putindən tələb edəcəklər”.

Qərbin Ukraynanı tək qoymasına gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Qərb Putini daha böyük bir münaqişəyə cəlb etməklə, onu məhv etmək istəyir. Putin Qarabağda, Gürcüstanda, Qazaxıstanda istədiyinə nail olduğuna görə, düşünür ki, burda da onu yerinə yetirə bilər. Onu daha geniş meydana çəkib, Ukrayna ordusu ilə baş-başa qoyub, zəiflədib, daha sonra onun üzərinə hücuma keçmək fikrindədirlər.

Rusiyanın əsas məqsədi Kiyevi ələ keçirməkdir. Ondan sonra Rusiyanın nə gücü, nə də istəyi olmayacaq ki, qərbə doğru irəliləsin. Kiyev uğrunda müqavimət davam etsə, Putin məğlub olacaq. Yox, əgər Putin bütün gücünü qoyub, Kiyevi ala bilsə, bundan sonra Ukrayna dövləti köçüb Lvov şəhərindən idarə olunacaq.

Bu müharibədən sonra Rusiyanın məğlub olması reallıqdır. Bunu Qazaxıstanla, Gürcüstanla müqayisə etmək qeyri-mümkündür”.

Səxavət Məmməd

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv