!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın Vardanyanı Ermənistanda hakimiyyətə gətirmək ehtimalı Paşinyanı bu cür davranmağa...” – ŞƏRH

!Reklam – Yazi

“İrəvanın həm Rusiyaya qarşı demarşı, həm də Moskvanın sülh şərtlərinə razılıq verməsi manevr cəhdidir”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın hazırladığı təkliflər əsasında Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu açıqlamasına münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Paşinyanın bu bəyanatı Rusiyaya qarşı referans ola bildiyi qədər, həm də hakimiyyəti üçün real təhlükədən qaynaqlana bilər:

“Ermənistan Baş nazirinin bu bəyanatını bir neçə amillə əlaqələndirmək olar. Bildiyiniz kimi, əvvəl Rusiyanın təkliflərində məsələnin tam həllinin qeyri-müəyyən dövrə qədər təxirə salınması nəzərdə tutulurdu. Lakin daha sonra Rusiya bu təklifləri korrektə etməli oldu və Qarabağ ermənilərinin statusu məsələsindən geri çəkildi.

İndi Paşinyanın Rusiyaya məxsus təkliflər əsasında sülh müqaviləsini imzalamağa hazır olduğunu söyləməsi maraqlı məqamdır. İlk növbədə bunu Rusiyaya qarşı tənqidi fikirlər səsləndirən Paşinyanın manevr cəhdi kimi də qiymətləndirmək olar. Digər tərəfdən isə Paşinyanın həqiqətən də o prinsipləri qəbul etdiyini düşünmək mümkündür.

İrəvanın həm Rusiyaya qarşı demarş etməsi, həm də Moskvanın sülh şərtlərinə razılıq verməsi manevr cəhdidir. Ermənistanın Baş naziri nəzərə alır ki, Rusiyaya qarşı sərt mövqeni davam etdirsə, Kreml Qarabağa göndərdiyi Vardanyanı Ermənistanda hakimiyyətə gətirmək planını işə sala bilər. Belə olduqda isə nizamlama prosesi də ortadan qalxacaq. Bunu başa düşən Paşinyan həmin təhlükəni neytrallaşdırmaq üçün prosesin sürətləndirilməsinin vacibliyini başa düşür. Hər halda, qarşıdakı günlərdə bu bəyanatın ciddi niyyətlə verildiyi, yoxsa növbəti blef olduğu aşkarlanacaq”.

A.Zeynalov

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv