!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Vardanyanın qarşısına qoyduğu dörd vəzifə... - ŞƏRH

!Reklam – Yazi

“Vardanyanın bir alət olaraq bölgədə istifadə olunduğu və Qarabağda münaqişə görüntüsünün təmin edilməsinə təsir etmək imkanlarının tədricən zəiflədiyi məlum oldu”.

Bunu bir müddət öncə Ruben Vardanyanın Qarabağı tərk etməsindən sonra yenidən geri qayıtmasını şərh edən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ötən ilin sentyabrın əvvəlindən xüsusi tapşırıqla Qarabağa gələn milyarder Vardanyanın qarşısında Rusiya xüsusi xidmət orqanları ciddi tapşırıq qoymuşdu:

“Bu tapşırıqlardan ən başlıcası Qarabağ erməniləri arasında mövcud olan pessimist əhval-ruhiyənin aradan götürülməsi, Azərbaycan daxilində gələcək planlarının qurulmasında Rusiyanın Ermənistanın və havadarlarının mühüm rol oynaya biləcəyi təəssüratını formalaşdırmaq idi. Eyni zamanda mümkün ssenarilərdən istifadə etməklə Azərbaycan təbii sərvətlərinin istismar edilməsinə və gəlir əldə edilməsinə istiqamətlənmişdi.

Vardanyan qarşısında digər mühüm vəzifələrdən biri isə Qarabağda yaşayan erməni azlığı ilə Azərbaycanın müvafiq dövlət qurumları arasında əlaqələrin qurulmasına mane olmaq və mümkün qədər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməniləri psixoloji təzyiq altında saxlamaqdır.

Ancaq Azərbaycanın Rusiyanın müvafiq qurumlarının tapşırığı ilə bölgəyə gəlmiş Rubenin qəbul edilməyəcəyi ilə bağlı qətiyyətli mövqe ortaya qoyması, 12 dekabr tarixində Laçın yolunda eko-aktivistlərin başlatdığı aksiya və bu aksiyanın davamlılığının təmin edilməsi Vardanyanın qarşısına qoyulmuş tapşırıqları yerinə yetirə bilməyəcəyi perspektivini reallaşdırmış oldu. Bununla da Vardanyanın bir alət olaraq bölgədə istifadə olunması və Qarabağda münaqişə görüntüsünün təmin edilməsinə təsir etmək imkanlarının tədricən zəiflədiyi məlum oldu”.

Nəsimi Ələsgərli

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv