!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın vassalı Vardanyanın "ARZUSU": "Antiterror əməliyyatı mütləqdir" - ŞƏRH

!Reklam – Yazi

“Ruben Vardanyan Ermənistanın birinci şəxsi olacaq”.

Bu fikri Qarabağda baş verən proseslər, Rusiyanın aqressiv siyasəti və ehtimal olunan antiterror əməliyyatlarını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Azərbaycan antiterror əməliyyatı keçirməlidir:

“Qarabağda baş verən hadisələr planlaşdırılıb. Azərbaycan tələb edir ki, separatçı rejimin silahlıları ərazidən çıxmalıdır. Silahlılar ordan çıxmamış Ermənistan və Rusiya öz öhdəliklərini yerinə yetirməmiş hesab olunur.

Bundan əlavə, onlar ərazidən çıxmadan münasibətlərin normallaşması da mümkün görünmür. Ruben Vardanyana diqqət etmək lazımdır. Orada cərəyan edən proseslərin başında o şəxs durur. Moskvadan gələn göstərişlərin icraçısı məhz odur.

Ukrayna Ruben Vardanyanı beynəlxalq axtarışa verib. Ruben Vardanyanın tək çıxış yolu əvvəlcə Qarabağda, sonra isə Ermənistanda birinci şəxs olmaqdır.

Hesab edirəm ki, Ruben Vardanyan Ermənistanın birinci şəxsi olacaq. Separatçı rejimlə Rusiyanın maraqları üst-üstə düşür.

Rusiya regiondan çıxmaq istəmir. Ancaq istər Azərbaycan, istərsə də Ermənistan Rusiyanın regiondan hərbi qüvvələrinin çıxmasını istəyir. Bu hər iki dövlətə də sərf edir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində antiterror əməliyyatı keçirməlidir. Hətta deyərdim ki, gecikirik. Biz bu əməliyyatı əslində 2020-ci ildə etməli idik”.

Səxavət Məmməd

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv