!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın vurduğu səhiyyə ocaqları: Hücumlarda ölənlərin SAYI

!Reklam – Yazi

Dünya Səhiyyə Təşkilatının sözçüsü Banu Batnaqar Ukraynada səhiyyə sistemi ilə bağlı son məlumatları bölüşüb.

Yenicag.az “Anadolu”ya istinadən xəbər verir ki, sözçü Rusiyanın Ukraynaya hərbi təcavüz etdiyi 24 fevral tarixindən bu günə qədər 108 səhiyyə ocağına hücum edildiyinin təsdiqləndiyini bildirib.

Həmin hücumlarda 73 nəfərin həlak olduğunu bildirən Batnaqar 51 nəfərin yaralandığını qeyd edib.

Batnaqar, həmçinin bildirib ki, indiyədək bölgəyə 216 ton tibbi ləvazimat yollanılıb və həmin yardımlardan 122 tonu ölkənin savaşdan ən çox zərər görmüş şərq və şimal hissələrinə göndərilib.

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv