!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın yardım GÖZLƏNTİSİ: “Çin buna risk etməz” – Kiyevdən REAKSİYA

!Reklam – Yazi

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Çindən yardım istəyinə müsbət qarşılıq veriləcəyinə inanmır.

Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müşaviri Markiyan Lubkivski milli telemarafonda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Çinin Ukraynaya hərbi təcavüz edən Rusiyaya yardım göstərəcəyi gözlənilmir.

Müşavir bildirib ki, Çin Rusiyanın xahişinə verəcəyi cavabı yubadır və bunun da əsas səbəbi ABŞ-dən Pekinə ötürülən xəbərdarlıq siqnalıdır:

“Gördüyümüz kimi, Çinin cavab pauzası uzanmaqdadır. Şəxsən mən düşünmürəm ki, Çin bütün dünya ilə qarşıdurmaya getsin. Çünki ABŞ də Rusiyaya yardım göstərməyin ağır nəticələrinə dair Çinə sərt dillə xəbərdarlığını çatdırıb.

Məncə, Çin bu siqnalı nəzərə alıb və ona görə də Rusiyaya hər hansı vasitə ilə yardım göstərməyə risk etməyəcək”.

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv