!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın yeni hədəfləri: “Moldova, Gürcüstan, Qazaxıstan....” – Eks-prezidentdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Rusiya ilk növbədə özündən qat-qat zəif olan ölkələri hədəfə alır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın sabiq prezidenti Leonid Kuçma Rusiyanın hədəfə ala biləcəyi növbəti ölkələr haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Ukrayna savaşda məğlub olarsa, bu, Üçüncü Dünya müharibəsinin başlamasına yol aça bilər:

“Hər şey Ukraynanın bu təcavüzə qarşı necə dayanmasından asılıdır. Buna əsasən, ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da onu ötüşdürmək mümkün olacaq.

Əgər biz davam gətirsək, o zaman Putin irəli getməyəcək, Əgər bacarmasaq, bu halda qorxuram ki, Putin daha da irəli getsin.

Hazırda Rusiyanın təhdidləri Litva ilə Polşaya deyil, NATO üzvü olmayan bir sıra postsovet ölkələrinə yönəlib. Artıq Moldova ilə Şimali Qazaxıstanın adının hallandırılması adi hala çevrilib.

İndi bu kontekstdə Gürcüstanın da adı çəkilir. Rusiya ilk mövbədə özündən qat-qat zəif olan ölkələri hədəfə alır”.

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv