!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın yeni qərarı ilə gələn BAHALAŞMA DALĞASI - Çörəyin qiyməti qalxacaq? / İqtisadçı RƏYİ

!Reklam – Yazi

Rusiya martın 1-dən başlayaraq buğda icracı vergisini ikiqat artıracaq. İyulun sonuna qədər bir ton buğda üçün tətbiq olunan ixrac vergisi 50 avroya, qarğıdalı üçün 25 avroya, arpa üçün isə 10 avroya qaldırılacaq.

Nəzərə alsaq ki, Azərbaycana buğda idxalının təxminən 95 faizi Rusiya Federasiyasının payına düşür, o zaman, taxıl məhsullarının, xüsusən də çörəyin qiymətinin bahalaşması məsələsi gündəmə gəlir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqama verən açıqlama verən iqtisadçı Nazim Bəydəmili bildirib ki, un məmulatları, o cümlədən çörəyin qiymətinin bahalaşması gözlənilir:

“Rusiyanın öz strateji məhsullarından həm də bir silah növü kimi istifadə etməsi birinci dəfə deyil. Rusiya ticarət tərəfdaşlarını özündən asılı vəziyyətə salır. Sonuncu dəfə unun və çörəyin başhalaşması Rusiyanın anoloji addımından sonra baş verdi. Buna görə də böyük ehtimalla Rusiyanın bu qərarı ölkəmizdə qiymət artımına təsir edəcək və bahalaşma müşahidə olunacaq”.

İqtisadçı qiymət artımının qarşısının yalnız bir yolla alınmasının mümkün olduğunu bildirib, o da unun idxalına qoyulan əlavə dəyər vergisinin götürülməsidir:

“Qiymət artımının qarşısını almaq olar. Çörək və digər un məhsullarının qiymətinin qarşısını yalnız idxaldan əlavə dəyər vergisini götürməklə almaq mümkündür. Yəqin ki, Rusiyanın müvafiq qərarı yeni məhsul yığımına qədər, yəni iyulun sonuna və avqustun əvvəlinədək qüvvədə olacaq. Azərbaycan hökuməti unun idxalına qoyulan əlavə dəyər vergisini götürməklə qiymət artımının qarşısını almalıdır”.

Cəvahir

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv