!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyapərəst partiyanın bağlanması Kremli qəzəbləndirib – Zaxarovadan SƏRSƏM SUALLAR

!Reklam – Yazi

Moldovada Rusiyayönümlü partiyanın fəaliyyətinin dayandırılmasına Moskvadan sərt münasibət bildirilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Moldovada Rusiyayönümlü mövqeyi ilə seçilən “Şor” partiyasının qapadılmasına Moskvanın reaksiyası özünü çox gözlətməyib.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında Moldovanın bu qərarını hədəfə alıb. O, “Şor” partiyasının qapadılmasını demokratiya ilə bağlı suallarla şərh edib:

“Moldova məhkəməsi müxalifətçi “Şor” partiyasınnın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib. Demokratiya tərəqqi edir. Bəs sonra? Bütün Moldovanın rumın kraliçası?”

Qeyd edək ki, “Şor” partiyasının qanundankənar elan olunması üçün Moldova hökuməti mayın əvvəlində Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Partiyanın qapadılması ilə yanaşı, təşkilatın sədri İlan Şor da qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. “Şor”un sədr müavini və Moldova parlamentinin deputatı Marina Tauber barəsində isə ev dustaqlığı hökmü çıxarılıb.

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv