!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyasız Bakı-İrəvan təmasları: "Bütün dünya postPutin, postşovinizm dövrlərinə keçidi yaşayır" - RƏY

!Reklam – Yazi

“Brüssel görüşünü çox ciddi, bu vaxta qədərki görüşlər arasında irəliləyişin olduğu görülən görüş hesab edirəm. Bu görüş artan xətt üzərində gedəcəksə, Azərbaycanla Ermənistan arasında üçüncü tərəf olmadan sülh sazişi imzalanacaq”.

Bu fikirləri Brüssel görüşü ilə Ermənistanla Azərbaycan arasındakı vasitəçiliyin Rusiyanın əlindən alınaraq Avropa İttifaqına keçmə ehtimalını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya problem həll edən yox, problem yaradan ölkədir:

“Rusiyanın öz milli maraqları, strateji imperiya ambisiyaları var. Qafqazda sabitlik çox önəmlidir. Vahid Qafqaz ideyası ətrafında kommunikasiyaların açılması, əlaqələrin qurulması, etnik separatçılığın aradan qalxması, demokratiyanın gəlişməsi Qərbin strateji maraqlarına uyğundur. Qərbin də, Şarl Mişelin də istədiyi budur. Təbii ki, Qərbin də öz çıxarları var. Fərqi yoxdur, Qərb, ya Rusiya olsun, Azərbaycanın milli maraqlarına təhdid olan hər qüvvəyə qarşı dirəniş göstərmək lazımdır. Ukrayna bir nümunə oldu. Ukraynada suverenliyə, demokratiyaya, milli maraqlara ehtiram hissi ilə alışıb yanan toplum var.

Düşünürəm ki, bütün dünya postPutin, postşovinizm dövrlərinə keçidi yaşayır. Azərbaycan insanı yeni bir dönəmə hazırlaşmalıdır. Putin gedir, yeni dünya qurulur.

Şarl Mişelin görüşdən sonrakı bəyanatında milli maraqlarımıza zidd olan heç bir ifadə öz əksini tapmadı. Görüşdə ən önəmli məsələ o oldu ki, proseslər Rusiyasız və iki ölkə arasında gedir. Birinci hədəf budur. Bunun arxasınca sülhməramlıların getməsi, Moskva Bəyannaməsinin qüvvədən düşməsi yönündə ciddi mənəvi-psixoloji, hüquqi əsaslar mövcuddur. Azərbaycan insanı bu istiqamətdə təmərküzləşməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv