!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya arxa çevirən Paşinyan: "Yaranmış vəziyyət tamamilə Azərbaycanın maraqlarına xidmət edir"

!Reklam – Yazi

“Rusiya asanlıqla Ermənistandan imtina etməyəcək. Çünki Ermənistan Kreml üçün Cənubi Qafqazda son forpost adlandırılır”.

Bu fikirləri Ermənistan-Rusiya münasibətlərinin gərginliyi fonunda hadisələrin yaxın perspektivdə hansı yöndə inkişaf edəcəyindən danışan politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, son dövrlər Ermənistanın Qərblə yaxınlaşması və baş nazir Nikol Paşinyanın Rusiya əleyhinə ard-arda verdiyi açıqlamalar Kremldə heç də yaxşı qarşılanmayıb:

“Ermənistan hazırda Rusiyadan daha çox uzaqlaşmaq istəyir. Paşinyanın açıqlamalarından başqa təhlükəsizlik sistemləri axtardığı müşahidə olunur. Lakin başqa təhlükəsizlik sistemi dedikdə nə nəzərdə tutulur? NATO-ya üzv ola bilməz, ABŞ, Fransa da gəlib Ermənistanı qoruyası deyil.

Əlavə olaraq, Ermənistan iqtisadiyyatı tamamilə Rusiya bazarına köklənib. Ermənistan Rusiyadan ucuz qaz alır. Bu qazı kim satacaq Ermənistana? Fransa? Bəlkə, ABŞ sıxılmış qaz göndərəcək? Bu proseslər fonunda Ermənistanın geosiyasi vəziyyəti gələcəkdə daha da dərinləşəcək.

Rusiya asanlıqla Ermənistandan imtina etməyəcək. Çünki Ermənistan Kreml üçün Cənubi Qafqazda son forpost adlandırılır. Bu səbəbdən yaxın gələcəkdə İrəvanı daha ağır günlər gözləyir. Əlavə olaraq Roma Statutunun Ermənistan parlamentində ratifikasiya edilməsi Kremli daha çox narazı saldı. Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edə bilməyəcək. Yəqin ki, Paşinyan da Rusiyaya səfər etməyəcək.

Yaranmış vəziyyət tamamilə Azərbaycanın maraqlarına xidmət edir. Rusiyanın bölgədə təsir imkanları nə qədər azalsa, bizim üçün o qədər yaxşıdır.

Həmçinin Qarabağda Rusiya sülhməramlılarının qalması üçün zəmin yoxdur. Artıq rus sülhməramlı kontingentinin geri qaytarılması ilə bağlı fikirlər də səsləndirilir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv