!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya arxalanan erməni müxalifəti: "Revanşist qüvvələr bilərəkdən atəşkəsi pozub..." - Hərbi ekspert

!Reklam – Yazi

“Rusiyanın Qarabağda və Ermənistanda silahlı qüvvəsi var, ancaq bu əvvəlki Rusiya deyil. Rusiya hər iki tərəfə əvvəlki kimi təzyiq göstərə bilmir”.

Bu sözləri Ermənistanda baş verən proseslər və atəşkəsin pozulması hallarını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hansısa terrora məruz qalmayacaqsa, revanşist qüvvələrin perspektivi yoxdur:

“Hiss olunur ki, Paşinyan iqtidarı çox arxayındır. Bu arxayınlıq da ondan irəli gəlir ki, camaat indi müxalifətdə olan qüvvələrdən bezib. Cəmisi bir neçə il bundan əvvəl inqilab yaşayıblar. İnqilabdan sonra məğlubiyyət olub. Seçkilərdə inqilab yolu ilə devrilənlər uduzdular. Paşinyanı bir də arxayın salan məsələ o dövrlə indiki dövr arasında ciddi say fərqi var. Olanların arasında isə gənclərin və qızların sayı çox azdır. Digər bir tərəfdən, Paşinyanın inqilab etdiyi zamanda pislə yaxşının qarşıdurmasını görürdüksə, indi bunu görə bilmirik. Bundan əlavə, xalqı arxasınca aparacaq bir ideya, lider yoxdur. Digər tərəfdən, Paşinyanın özü də adekvat davrana bilir. Çünki qarşı tərəfin ortaya qoya biləcək bir təklifi yoxdur. Ancaq Qarabağın geri qaytarılmasını deyirlər. Qarabağı hansı qüvvə, hansı güclə qaytaracaqlar? Paşinyan gələndən sonra sülh danışıqları başlayıb. Erməni xalqı da sülh istəyir. Camaat artıq müharibədən bezib. Revanşist tərəf Rusiyaya arxalanır. Rusiyanın özünün vəziyyəti kritikdir. Bir neçə aydan sonra Rusiyanın hansı vəziyyətdə olacağı qeyri-məlum olduğuna görə, revanşist qüvvələr də arxalarında ciddi dəstək hiss edə bilmirlər”.

Baş verənlər fonunda atəşkəsin pozulması hallarına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Atəşkəsin pozulması iki cəhətdən ola bilər. Birincisi, Paşinyan özünü göstərmək istəyə bilər ki, o da nəsə edir. İkincisi isə revanşist qüvvələr bilərəkdən atəşkəsi pozub Paşinyan hakimiyyətinə təzyiq edirlər. Azərbaycan tərəfi bu təxribatlara getməyəcək. Çünki Azərbaycanın verdiyi təkliflər qüvvəsindədir. Ümumən, iki tərəf də bir-birinin təklifini geri çevirməyib. Artıq hiss olunur ki, güc mərkəzi, məsələnin həlli mərkəzi Moskvadan Avropaya keçməkdədir. Bu özü də müsbət bir haldır.

Rusiyanın geopolitik məkanda zəifləməsi Qafqazda da zəifləməsinə gətirib çıxaracaq. Paşinyan və onun ətrafı da bunu bilməmiş deyil. Ona görə də sona qədər revanşist qüvvələrə dirəniş göstərə biləcək”.

Səxavət Məmməd

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv