!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyaya bağlı qruplaşmalar ölkə daxilində hər an terror aktı həyata keçirə bilərlər" - ŞƏRH

!Reklam – Yazi

“Son dönəmdə isə dövlət öz torpaqlarında antiterror əməliyyatları başlatmaq üçün işə daha da ciddi yanaşmağa başlayıb”.

Bu fikirləri Ukrayna ilə Rusiya arasında yaşanan gərginlik haqqında danışarkən Ukraynada yaşayan həmyerlimiz Anar Natiqoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.Anar Natiqoğlu bildirib ki, Rusiyaya bağlı qruplaşmaların ölkə daxilində terror aktı həyata keçirmə təhlükəsi var:

“Bu gərginlik illərdir davam edir. Krımın ilhaq edilməsi, rusdilli əhalinin daha çox yerləşdiyi Donetsk, Luqansk əyalətlərində separatçılığın yayğınlaşmasından üzü bəri Ukrayna öz torpaqları uğrunda mübarizə aparırdı. Son dönəmdə isə dövlət öz torpaqlarında antiterror əməliyyatları başlatmaq üçün işə daha da ciddi yanaşmağa başlayıb.

Ukraynaya hazırda İngiltərə və Amerika Birləşmiş Ştatları dəstək verir. Mövcud gərginliyin savaşa dönəcəyini güman etmirəm. Daha çox soyuq savaş motivi var. Bu məsələdə Rusiyanın mövqeyi bəllidir. Keçmiş Sovet İttifaqı ölkələrində özünün söz sahibi olacağı quruluşlar yaratmaq istəyir. ABŞ və NATO-nun da öz sərhədlərini genişləndirmək düşüncələri var.

Bir çox dövlətlərin öz vətəndaşlarına müraciət edərək ölkədən çıxmaları ilə bağlı çağırış etməsi də təsadüfi deyil. Ukraynada Rusiyaya bağlı casus qrupları çoxdur. Bu qruplaşmalar ölkə daxilində hər an terror aktı həyata keçirə bilərlər. Digər ölkələrin vətəndaşlara çağırışları da bu konteksdə dəyərləndirilməlidir”.

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv