!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya gedənlərə XƏBƏRDARLIQ: DİN miqrantlara "sürpriz"i hazırladı

!Reklam – Yazi

Miqrantları Rusiyaya daxil olarkən “sadiqlik müqaviləsi” imzalamağa məcbur edəcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsində deyilir. İdarə xarici vətəndaşlar üçün ölkəyə daxil olarkən bir sıra məhdudiyyətlər nəzərdə tutub.

Daxili İşlər Nazirliyi əcnəbiləri Rusiya Federasiyasına daxil olarkən “sadiqlik müqaviləsi” imzalamağa məcbur etməyi təklif edib.

Onların arasında Rusiya Federasiyasının dövlət siyasətini gözdən salmaq, ənənəvi ailə dəyərlərini inkar etmək, qeyri-ənənəvi cinsi münasibətləri təbliğ etmək və sovet xalqının faşizm üzərində qələbəyə töhfəsini təhrif etmək qadağası var.

“Sadiqlik müqaviləsi bir tərəfdən xarici vətəndaşın Rusiyaya daxil olmasına dövlət orqanlarının icazəsini ifadə edən razılıqdır. Digər tərəfdən, Rusiya Federasiyasının milli maraqlarını qorumaq üçün müəyyən edilmiş qadağalardır”, – sənəddə deyilir.

Bir sözlə, Rusiyaya daxil olan miqrantılara, o cümlədən azərbaycanlılara ordunu və hakimiyyəti tənqid etmək, eləcə də ənənəvi dəyərləri inkar etmək qadağan olunacaq.

Xuraman Etibarlı

 

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv