!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya PUA-ların tədarükü ilə bağlı İrandan açıqlama

!Reklam – Yazi

İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı iddiaları rədd edib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Tokioda yaponiyalı həmkarı Yosimasa Hayasi ilə danışıqlar aparan nazirin sözlərinə görə, əksinə, Qərbin Ukraynaya silah verməsi münaqişənin dərinləşməsinə və daha da dağıntılara səbəb olur.

“Ukraynadakı münaqişə zamanı biz heç vaxt Rusiyaya İranın pilotsuz təyyarələrini və ya silahlarını verməmişik. Məhz Avropa və Amerikanın silah tədarükü daha çox dağıntılara və qırğınlara səbəb olur”, – deyə o bildirib.

Eyni zamanda İranın XİN rəhbəri bildirib ki, Rusiya İran üçün mühüm qonşu ölkədir. “Bizim Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq əlaqələrimiz var”, – Abdullahian vurğulayıb.

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv