!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya qarşı ən “sarsıdıcı” SANKSİYALAR: “Navalninin ölümünü gözləməyə və bu qədər...”

!Reklam – Yazi

“Ehtiyatlanırlar ki, Rusiya idarəolunmaz vəziyyətə düşə, nüvə silahları isə ayrı-ayrı terror qruplaşmalarının əlinə keçə bilər”.

Bu fikirləri ABŞ-nin Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalar zərfinin Moskvanın siyasətinə mümkün təsirlərini şərh edən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı indiyə qədər tətbiq olunan sanksiyaların gözlənilən nəticəni vermədiyini hər kəs etiraf edir:

“Navalninin ölümündən sonra Rusiyaya qarşı daha sərt sanksiyaların qüvvəyə minməsi ilə bağlı səsləndirilən bəyanatlar o qədər də ciddi sayıla bilməz. Çünki həqiqətən də, elə bir güclü sanksiya varsa, Ukrayna dağılmazdan və yüz minlərlə insan ölməzdən öncə tətbqi etmək lazım idi, Navalninin ölümünü gözləməyə ehtiyac yox idi.

Bəs yaxşı, indiyə qədər niyə etmirdilər? Aparılan gizli danışıqlar və səsləndirilən bəyanatlardan ABŞ və kollektiv Qərbin Vladimir Putinin Rusiya prezidentliyindən getməsindən qorxduğu görünür. Ehtiyatlanırlar ki, Rusiya idarəolunmaz vəziyyətə düşə, nüvə silahları isə ayrı-ayrı terror qruplaşmalarının əlinə keçə bilər. Yaxşı olar ki, ABŞ Rusiyaya sanksiya tətbiq etməzdən öncə Ukraynaya vəd etdiyi 60 milyard dollarlıq yardım zərfini göndərsin.

Çünki Rusiyaya qarşı yeni sanksiyalar zərfi heç bir ciddi nəticə verməyəcək. Ukraynada isə vəziyyət gün-gündən ağırlaşır. Cəbhədə təşəbbüs tamamilə Rusiyanın əlinə keçsə, sonra qarşısını almaq çox çətin olacaq. Çox təəssüf ki, ABŞ-a güvənənlər sonda belə ağır nəticələrlə üz-üzə qalırlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv