!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya qarşı SANKSİYALARIN TƏSİRİ: "Azərbaycanın enerji resurslarının əhəmiyyəti artacaq"

!Reklam – Yazi

ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiyanın iqtisadi vəziyyəti daha da pisləşəcək. Belə ki, Qərb Rusiyanın dollar, avro, funt və yenə çıxışını məhdudlaşdıracaq ki, dünya iqtisadiyyatının tərkibi ola bilməsin.

Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycanla iqtisadi əməkdaşlığına mümkün təsirləri ilə bağlı iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlama verib.

O, qeyd edib ki, hazırda Rusiya üçün nəzərdə tutulan sanksiyalar çoxşaxəli və dərindir:

“Bu, Rusiyanın təkcə beynəlxalq pul köçürmələrini təmin edən SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemindən çıxarılması ilə nəticələnmir. Belə ki, Rusiyanın böyük şirkətlərinin başqa ölkələrdə olan aktivlərinin məhdudlaşdırılması halı mövcuddur. Müharibənin ilk günündə Rusiyada fəaliyyət göstərən iri şirkətlər 40 milyard dollara yaxın zərər görüb. Ukraynaya hücum fonunda Rusiyanın iqtisadiyyatı ciddi zərərlə üzləşəcək. Bu gün Rusiyada birjalarda enişin baş verməsi buna sübutdur. Rublun məzənnəsi artıq 40%-ə yaxın ucuzlaşmaqdadır. Eyni zamanda digər valyutalarla olan əməliyyatlara məhdudiyyətlər qoyulub”.

İqtisadçıya görə, Rusiyada baş verən proseslər Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcək:

“Məlumdur ki, ölkəmizin Rusiya ilə iqtisadi mübadilələri mövcuddur. İqtisadi cəhətdən Rusiya Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır. Bu baxımdan Rusiyada baş verən proseslər Azərbaycanla iqtisadi əlaqələrə təsirsiz ötüşmür. Son müttəfiqlik müqaviləsinə əsasən, Rusiya ilə Azərbaycan arasında rubl-manat mübadiləsi nəzərdə tutulub. Yəni xarici iqtisadi mübadilələr milli valyutalarla aparılacaq. Bu fonda rublun ucuzlaşması ölkəmizin iqtisadiyyatına mənfi təsir edə bilər. Həmçinin Rusiyada yaşayan azərbaycanlılar tərəfindən Azərbaycana göndərilən vəsaitin məbləği azala bilər.

Digər məqam odur ki, Rusiyadakı proseslər Avropa üçün Azərbaycanın enerji resurslarının əhəmiyyətini artıracaq. Çünki Rusiyadan qaz və digər enerji resurslarının alınmasında da məhdudiyyət qoyulub. Bu, neft və qazın qiymətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Nəticədə ölkəmiz əlavə dividentlər əldə edə bilər. Yaxın gələcəkdə proseslərin gedişatını isə zaman göstərəcək”.

Gülşən Şərif

www.yenicag.az

968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv