!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya qarşı tam ENERJİ EMBARQOSU: Sanksiyaların 8-ci zərfinə nə daxil ediləcək?

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə 8-ci sanksiya zərfinə daxil ediləcək yeni məhdudiyyətləri müəyyənləşdirir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Estoniya 8-ci zərfə Rusiyaya qarşı tam enerji embarqosu bəndinin salınmasını təklif edib.

Məlumata əsasən, Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bu təklifi Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzünə adekvat olduğunu deyib.

Onun sözlərinə görə, Estoniya bundan başqa 8-ci zərfə bir sıra məhsulların alışına da qadağa qoyulmasını və Rusiya banklarının SWIFT sistemindən tamamilə çıxarılmasını məqsəduyğun sayır:

“Biz qış ərəfəsində təcavüzkar üçün təcavüzün qiymətini ciddi şəkildə qaldırmalıyıq. Göründüyü kimi, əvvəlki yeddi zərfə daxil edilən qadağalar Putini müharibəni dayandırmağa məcbur edə bilmədi”.

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv