!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistana ciddi iqtisadi zərbə vuracaq" — ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan öz xarici siyasətini uzun zamandır geosiyasi və tarixi şəraiti nəzərə alaraq balanslaşdırılmış formada həyata keçirir”. 

Yenicag.az xəbər verir ki, bunu “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova deyib.

İB sədri bildirib ki, müasir dünyanın ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir və Azərbaycan enerji istehsalçısı kimi bu məqamı xarici siyasətdə güclü bir vasitə kimi öz lehinə çevirməyi bacarıb.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməyimiz Azərbaycanın müstəqilliyini möhkəmlətməklə yanaşı xarici siyasətimizə də yeni istiqamət verdi:

“Bu istiqamət əməkdaşlıq və kommunikasiyanın doğru qurulmasıdır. Bəli, məhz doğru yanaşma Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılmasına, qonşu ölkələrlə qarşılıqlı münasibətlərin hüquqi müstəviyə çıxarılmasına və yeni münasibətlər sisteminin formalaşmasına səbəb oldu. Ermənistan ona verilən tarixi şansı növbəti dəfə dəyərləndirə bilmədi. İqtisadi cəhətdən çətin vəziyyətdə olan Ermənistana Zəngəzur dəhlizi hava su kimi lazım idi. Azərbaycanın son addımı Ermənistanın blokadadan çıxma, bölgədəki iqtisadi inkişafdan faydalanmaq imkanını əlindən aldı”.

G.Sərova vurğulayıb ki, bu gün dünya ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya Ermənistana ciddi iqtisadi zərbə vuracaq:

“Məhz indiki vəziyyətdə Türkiyə və Azərbaycanla münasibəti yaxşılaşdırmaq imkanını itirmək Ermənistan üçün ciddi problemlər yaradacaq. Azərbaycanın yeni dəhlizi İranla anlaşma şəraitində həyata keçirməsi həm bölgənin enerji təhlükəsizliyi, həm də nəqliyyat kommunikasiya infrastrukturunun inkişafı ilə nəticələnəcək ki, bu da regionda ölkəmizi yenidən fərqləndirəcək. Azərbaycan diplomatiyası baş verən hadisələri anında dəyərləndirib strateji yanaşma nümayiş etdirdi. İndi regionda münasibətlər daha çox Azərbaycanla razılaşdırılmış formada həyata keçiriləcək. Ermənistan isə çoxdan xəyalını qurduğu dəmir yolunu unudub, o qatarın arxasınca baxmalı olacaq”.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv