!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana AÇDIĞI QAPI: İqtisadi münasibətlərin gələcəyi ilə bağlı EKSPERT ŞƏRHİ

!Reklam – Yazi

Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatı 727 milyon dolları keçib və bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 45 faiz artım deməkdir. Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatında Türkiyə birinci yerdədir. Diqqəti çəkən əsas məqamlardan biri isə uzun müddət enerjidən kənar ixracda birinci olan Rusiyanın xüsusi çəkisinin azalmasıdır.

İqtisad Universitetinin professoru Elşad Məmmədov Rusiya-Ukrayna müharibəsi kontekstində Türkiyənin qeyri-neft ixracatımızda önə çıxmasının şimal qonşumuzla ticarət əlaqələrinə mümkün təsirləri ilə bağlı öz fikirlərini Yenicag.az-la bölüşüb.

Professora görə, yaxın gələcəkdə Azərbaycanla Rusiya iqtisadi münasibətlərində çətinliyin yaşanması gözlənilən olsa da, bu proses uzunmüddətli olmayacaq:

“Azərbaycanın qeyri-neft ixracatının artımı, ilk növbədə, dünyada inflyasiyanın kəskin şəkildə artması ilə bağlıdır. Belə ki, inflyasiya göstəriciləri xeyli dərəcədə artıb və dolların devalvasiyası göz qabağındadır. Eyni zamanda, qeyri-neft istehsalına yatırılan vəsaitlərin müəyyən nəticəsi artıq özünü göstərir. Bu, iqtisadi proseslərdə hiss olunur. Həmçinin sərt karantin rejiminin yumşalması da qeyri-neft ixracatına təsir göstərib. Rusiya-Ukrayna kontekstinə gəlincə, qısamüddətli perspektivdə şimal qonşumuz ilə iqtisadi münasibətlərdə çətinliklər yaşana bilər. Lakin bu çətinlik rəqəmlərdə ifadə olunmayacaq. Çünki inflyasiya meyilləri buna imkan verməyəcək. Uzunmüddətli perspektivdə isə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı xarici ticarət dövriyyəsi kəskin şəkildə artacaq. Ona görə ki Rusiya sanksiyalar fonunda daha çox qonşu dövlətlər və sanksiya tətbiq etməyən ölkələrlə iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək. Bu ölkələrdən biri olan Azərbaycanın Rusiyada xüsusi yeri var. Bu baxımdan, daha uzunmüddətli perspektivdə Rusiyanın Azərbaycanla qeyri-neft, qeyri-xammal ticarəti üzrə iqtisadi münasibətləri daha da dərinləşəcək və artan xətt üzrə inkişaf edəcək”.

Gülşən Şərif

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv