!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya XƏBƏRDARLIQ: “Azərbaycan Ordusu hazır vəziyyətdədir” - POLİTOLOQ

!Reklam – Yazi

“Azərbaycan XİN-dən Rusiya XİN-ə bəyanatla bağlı adekvat cavab göndərildi. Azərbaycan Ordusu hazır vəziyyətdədir. Yaranacaq hər bir təhlükəyə qarşı ordumuz adekvat tədbirlər görəcək”.

Bunu Rusiyanın Ermənistanla Azərbaycan arasında Brüsseldə keçirilən görüşünə bəyanatı haqda fikirlərini səsləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya hər zaman Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinə olan dövlətlərdən biri olub:

“Bunu isə Rusiyanın dilində yox, əməllərində müşahidə edirik. Rusiya qətiyyən Ermənistanla Azərbaycanın sülh şəraitində yaşamasını istəməz. Çünki Cənubi Qafqaz regionunu arxa bağçası kimi görür.

Bölgədə sülhün təmin edilməsi Rusiyanın Cənubi Qafqazdan çəkilməsi deməkdir. Bu səbəbdən bütün gücü ilə gərginliyin davam etdirilməsinə çalışır.

Ermənistanla Azərbaycan arasında keçirilən Brüssel görüşündən öncə Rusiya bir sıra bəyanatlar səsləndirdi. Və həmin bəyanatlardan aydın olur ki, şimal qonşumuz bütün mümkün variantlardan istifadə edərək ya Ermənistana təzyiq etməklə, ya da Qarabağdakı separatçıları yenidən qızışdırmaqla bölgədə gərginliyin artırılması üçün əlindən gələni edəcək.

Azərbaycan yaranacaq hər bir təhlükənin qarşısını necə almaq lazım olduğunu bilir. Azərbaycan XİN-dən Rusiya XİN-ə bəyanatla bağlı adekvat cavab göndərildi. Azərbaycan Ordusu hazır vəziyyətdədir. Yaranacaq hər bir təhlükəyə qarşı ordumuz adekvat tədbirlər görəcək.

Əgər təxribatlarda rus sülhməramlılarının da əli olacaqsa, onlar da cavablarını alacaq. Və Rusiyanın bundan sonra bölgədə edəcəyi hər hansı hərəkət onun Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması ilə nəticələnəcək.

Rusiya nə qədər Qarabağdakı erməni əhalini qorumaq üçün burada var olduğunu iddia etsə də, belə deyil. Onun tək məqsədi Cənubi Qafqaz regionunda öz varlığını qoruyub saxlamaqdan ibarətdir.

Eyni zamanda həm Azərbaycana, həm də Ermənistana nəzarət funksiyasını həyata keçirməyə çalışır. Azərbaycan bütün maneələri və manevrləri yaxşı bilir. Yaxın perspektivdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi də imzalanacaq, Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesi sürətlənəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv