!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya zərbə: "Qazprom"un ixracı aşağı düşür

!Reklam – Yazi

Rusiyanın enerji şirkəti “Qazprom”un hasilatı və ixracı kəskin şəkildə azalmaqda davam edir.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, bu barədə şirkətdən məlumat verilib.

Belə ki, “Qazprom” şirkəti yanvar-oktyabr ayları ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracını 42,6 faiz, hasilatını isə 18,6 fazi azaldıb.

Şirkətin ilin 10 ayında təbii qaz hasilatı əvvəlki ilin eyni dövrünə görə 18,6 faiz azalaraq 344 milyard kubmetr olub. Sözügedən dövrdə şirkətin Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmayan ölkələrə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz azalaraq 91,2 milyard kubmetr olub.

Açıqlamaya görə, “Sibirin Gücü” boru kəməri ilə Çinə qaz nəqlinin artmaqda davam etdiyi bildirilib və daşınmaların müqavilə öhdəliklərindən artıq həyata keçirildiyi qeyd edilib. Qlobal təbii qaz tələbatının ilin 10 ayında 40 milyard kubmetrdən çox azaldığına dair məlumatların yer aldığı açıqlamada vurğulanıb ki, bu azalmada Avropa Birliyi və İngiltərə 95 faiz paya sahibdir.

Gülşən

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv