!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ruslan Abışova ateist olduğumu deyəndə, mənimlə danışmadı" - Çexiyalı futbolçu

!Reklam – Yazi

“Neftçi”nin sabiq futbolçusu Pavel Dreksa ölkəsinin mətbuatına açıqlama verib.

Yenicag.az xəbər verir ki, çexiyalı oyunçu açıqlamasında bir sıra maraqlı məqamlardan danışıb:

“Zdenek Folprext “Neftçi”dən ayrıldıqdan sonra komandada yeganə çexiyalı mən qaldım. Ailəmdən savayı çex dilində ünsiyyət qura biləcəyim başqa şəxs yox idi. Buna görə də çətinlik çəkirdim”.

Dreksa açıqlamasında “Neftçi”nin kapitanı Ruslan Abışovla arasında olan dialoqdan da söz açıb. O, təcrübəli müdafiəçi ilə söhbətindən sonra müsəlmanlar barədə fərqli düşündüyünü bildirib: “Bizim ölkədə demək olar ki, müsəlman yoxdur. Müsəlmanları yaxından tanıdıqdan sonra fərqli düşünməyə başladım. Folprext gedəndən sonra Ruslan Abışovla bir otaqda qalırdım. O, qatı müsəlman idi, həmişə dua edirdi. Ona ateist olduğumu etiraf edəndə bütün axşamı mənimlə danışmadı. Məni daha çox müsəlmanların həyat tərzi maraqlandırır. Təbii ki, Avropada baş verənlər haqqında da danışırdıq. Onlar məni inandırdılar ki, İslamın adından istifadə edib, pis əməllər törədənlər din adı altında gizlənənlərdi. Şadam ki, Azərbaycana getdim və müsəlmanların mədəniyyəti, həyat tərzi ilə tanış oldum”.

COP29

www.yenicag.az

2230
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv