!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruslar təbliğatdan BEZDİLƏR: Televizora baxan YOXDUR

!Reklam – Yazi

Ruslar təbliğatdan yorulublar, daha televizora baxmırlar.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) baş direktoru Valeri Fyodorov məlumat verib. O bildirib ki, 2018-ci ildən 2023-cü ilə qədər televiziyaya baxmayan əhalinin payı demək olar ki, üç dəfə artıb.

Rusiyada sovet dövründən indiyədək görünməmiş səviyyədə işə salınan dövlət təbliğat maşını sürətlə öz auditoriyasını itirir. Hökumət hər il dövlət mediasının saxlanması üçün böyük bir rayonun büdcəsi ilə müqayisə olunan məbləğdə vəsait ayırsa da, beş ildir ki, televiziyaya baxan vətəndaşların sayı azalır.

“Televizora baxan insanlar sayı getdikcə azalır. Bununla yanaşı, media istehlakında internetin payı artır”,- Fyodorov deyib.

Saatlarla davam edən tok-şoularda hökumətyönlü “mütəxəssislərin” nüvə müharibəsi ilə hədələdiyi və Stalin repressiyasının praktikasına qayıtmağa çağırdığı televiziyaya rusların etibar səviyyəsi də azalır.

“Otkritiye Bank”ın ötən ilin sonunda keçirdiyi sorğu göstərib ki, televiziya məlumatlarına inamsızlıq səviyyəsi 44%-ə çatıb. İlk dəfə olaraq TV-yə etibar edənlərin sayı (42%) ona şübhə ilə yanaşanlardan az olub.

Eyni zamanda, etimadsızlığın ən yüksək səviyyəsi – əhalinin yarıdan çoxu Uzaq Şərqdə (57%) və Şimal-Qərb Federal Dairəsində (55%) qeydə alınıb.

Xuraman Etibarlı

 

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv