!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruslara araq çatdırmaq olmur – Rekord istehlak

!Reklam – Yazi

Rusiyada cari ilin yanvarından noyabrına qədər olan müddətdə spirtli içkilərin satışı əhəmiyyətli dərəcədə artıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın alkoqollu içkilərin tənzimlənməsi üzrə dövlət qurumu ölkədə 2022-ci ilin 11 ayı ərzində spirtli içkilərin satışına dair statistikanı açıqlayıb.

Məlumata görə, yekunlaşmaqda olan il ərzində Rusiyada alkoqollu içkilərin satışında 3,4 faiz artım qeydə alınıb.

Pivə, sidr, puare və başqa nisbətən yüngül içkilər nəzərə alınmadan, son 11 ayda Rusiyada 101,2 milyon dekalitr alkoqollu içki satılıb.

Statistikaya əsasən, rusiyalı istehlakçılar arasında ən populyar olan arağa tələbat 6 faiz artıb. Başqa sözlə, bu il satılan 101,2 milyon dekalitr sapirtli içkinin 68,8 milyon dekalitri arağın payına düşür.

Bundan başqa, konyakın satışı 4,5 faiz, tündlüyü 25 dərəcədən çox olan içkilərin satışı isə 27,5 faiz çoxalıb.

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv