!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruslardan "şirnikləndirici" hərb çağırışı: Azərbaycanlıların bu təklifə reaksiyası necə olacaq? - AÇIQLAMA

!Reklam – Yazi

“Rusiyanın orduda xidmətlə bağlı verdiyi təklif azərbaycanlıların marağına uyğun deyil”.

Bunu Rusiyada vətəndaşlıq hüququ verilməsi müqabilində hərbi xidmət təklifinə münasibət bildirərkən Moksvada yaşayan azərbaycanlı politoloq Anar Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərin görə, bu günlərdə Rusiyada təbliğat vərəqələrinin paylanması normal bir haldır.

“Rusiya vətəndaşlığı qəbul etmiş azərbaycanlıların həmin ölkənin qanunvericiliyinə görə, 27 yaşadək olan şəxslər hərbi xidmətə çağırılır. Əgər ölkədə səfərbərlik elan olunarsa və yaxud xüsusi hərbi əməliyyat müharibə formulu ilə əvəz edilərsə, o zaman milli kimliyindən asılı olmayaraq vətəndaşlar ordu sıralarına cəlb oluna bilərlər. Həmçinin Azərbaycanın hüquq sistemində başqa dövlətin ordusunda hərbi xidmətə görə cinayət məsuliyyəti yoxdur. Digər tərəfdən həm Azərbaycan, həm Rusiya vətəndaşı olan şəxslərin burada xüsusi hərbi əməliyyata cəlb edilməsinə Azərbaycan qanunvericiliyində qadağa yoxdur. Hətta, vətəndaşlığı olmayan miqrantlara da təklif edilir ki, müqavilə əsasında xüsusi hərbi əməliyyata qoşulduqları təqdirdə maddi qazanc və vətəndaşlıq əldəetmə imtiyazları olacaq”.

Bəs azərbaycanlılar bu imkandan istifadə edəcəklərmi?

A.Həsənov qeyd edib ki, Rusiyanın orduda xidmətlə bağlı verdiyi təklif azərbaycanlıların marağına uyğun deyil.

“Müşahidələrim onu deməyə əsas verir ki, çətin ki, bu hal yaşansın. Azərbaycan nə Suriya, nə Myanma, nə də hər hansısa geridə qalmış ölkə deyil ki, oradan gələn miqrantlar üçün Rusiya son ümid yeri olsun. Həm də burada təhrik də yoxdur, bu sadəcə olaraq bir təklifdir. Hesab etmirəm ki, Azərbaycan vətəndaşları bu təklifdən böyük həvəslə istifadə edəcəklər. Orta Asiya vətəndaşları belə bu təklifə çox can yandırmırlar. Bəli, bundan istifadə edənlər var, Tacikistan, Qırğızıstan, Özbəkistan vətəndaşları arasında əməliyyatlara qoşulanlar var. Hərçənd, sözügedən dövlətlərin qanunlarına əsasən bu addım yasaq olunub və buna görə cinayət məsuliyyəti var.

Yusif Səmədzadə

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv