!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusların və amerikanların yemək xərci – Fərq neçə dəfədir?

!Reklam – Yazi

Dünya ölkələrində əhalinin öz gəlirlərinin neçə faizini sırf yeməyə sərf etdiklərinə dair hesabat açıqlanıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə hesabat “Euromonitor”un məlumatları əsasında hazırlanıb.

Qeyd olunur ki, dünyanın 5 ölkəsində əhalinin yemək xərci bi nəfərin ümumi gəlirinin 10 faizindın az nisbətini təşkil edib: ABŞ (6,7), Sinqapur (8,4), Böyük Britaniya (8,7), İrlandiya (9,2) və İsveçrə (9,9).

Siyahıda yer alan Rusiya bu göstəriciyə görə 69-cu yerdədir. Rusiya əhalisi fərdi gəlirin orta hesabla 29 faizini yeməyə xərcləyir. Ondan sonrakı yerlərdə Belarus və Hindistan (32,1), Misir (37,6), Özbəkistan (46,5) və Qazaxıstan (49,4) qərarlaşıb.

Nigeriya və Myanma kimi ölkələrdə isə isə insanlar öz gəlirlərinin az qala 60 faizini yeməyə sərf edirlər.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv