!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ruslaşmış” ADLAR: “Milli ad və soyad millətimizin pasportudur” – DİLÇİ ALİM

!Reklam – Yazi

“Milli adlara üstünlük verilməli, xarici, o cümlədən ərəb və fars mənşəli adlardan tədricən xilas olmalıyıq”.

Bunu Azərbaycanda Mamed və Məmməd adlarına qoyulmuş qadağanı şərh edərkən dilçi alim Şahlar Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O, adlarla bağlı maarifləndirmə işlərinə ehtiyac olduğunu bildirib:

“Mamed və Məmməd adlarının əsli ərəb mənşəli “Muhammed” adından gəlir. Azərbaycan dilində həmin ad Məhəmməd və Məmməd kimi yazılır. Mamed adına gəldikdə, bu, əlbəttə, rus dilinin təsiri ilə formalaşıb. Amma dilimizin tələbinə görə, bu ad “Mamed” şəklində yazıla və rəsmiləşdirilə bilməz. Onu qısaldılmış formada, Azərbaycan dilinin tələblərinə uyğun “Məmməd” şəklində yaza və rəsmiləşdirə bilərik. Necə ki, türk dilində Muhammed adı “Mehmet” formasında yazılır, eynilə də Azərbaycanda “Məmməd” şəklində yazıla bilər.

Adlar və Soyadlar üzrə Xüsusi Komissiya bu adla bağlı müraciətlərin statistikasını çıxarmalıdır. Bununla yanaşı maarifləndirmə işlərinə də ehtiyac var. Bəzi valideyinlər dilin qaydalarından xəbərsizdirlər. Onlar qısa şəkildə yazılan Mamedə, eləcə də dilin tələblərini pozan digər adlara üstünlük verirlər. Milli adlara üstünlük verilməli, xarici, o cümlədən ərəb və fars mənşəli adlardan tədricən xilas olmalıyıq. Milli ad və soyad millətimizin pasportudur”.

Sadiq Cavadov

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv