!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Saakaşvili, ünvanı səhv salma" - Xaratyan

!Reklam – Yazi

Saakaşvili bizə ağıl öyrətməsin”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin keçmiş müşaviri Arsen Xaratyan Facebook səhifəsində yazıb.

“Mən Saakaşviliyə məsləhət görəcəm ki, ünvanı səhv salmasın.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Nikol Paşinyana açıq məktubla müraciət edib. Deyir: Nikol, sənin elə indi KTMT-dən, MDB-dən və Avrasiyadan çıxdığını elan et, Aİ və NATO-ya daxil olmaq yolunu tut. Bunu demək çox xoşdur. Amma o, 10 ildir bu yolla getdiyi siyasətinin Gürcüstanın niyə bu strukturlara qoşulmasına səbəb olmadığını izah etməlidir.

Bunu da hələlik bir kənara qoyuram. Ən böyük rüsvayçılıq Azərbaycanla sülh müqaviləsi bağlamaq tövsiyəsidir.

Saakaşvili İlham Əliyevlə köhnə dostdur.

Yeri gəlmişkən, bu ilin sentyabrında Saakaşvili Əliyevi və Azərbaycan xalqını təbrik etdi. İndi isə o, sülhdən danışır.

Keçmiş prezidentə açıq məktublar yazmaqdan çəkinməyi tövsiyə edəcəyəm və deyəcəm ki, ünvanı səhv salmasın”, – Xaratyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv