!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşvilidən Azərbaycan və Ermənistanla bağlı TƏKLİF

!Reklam – Yazi

Saakaşvili  Azərbaycan və Ermənistana müraciət edib.

Yenicag.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu barədə sosial şəbəkə hesabında bildirib.

“Mən Odessanın qubernatoru olanda Ukraynanın Moldova ərazisində icarəyə götürdüyü yoldan tez-tez istifadə edirdim. Ukraynanın Moldova ərazisində icarəyə götürdüyü bu hissə Ukrayna sərhədçiləri tərəfindən idarə olunur və mən onu əsaslı şəkildə təmir etdirmişəm. Moldova bu yolu icarəyə verməklə böyük iqtisadi səmərə əldə edib.

Ermənistan və Azərbaycan yolların icarəyə verilməsi ilə bağlı razılıq (söhbət Zəngəzur dəhlizindən gedir) əldə edərlərsə, eyni şeyi edə bilərlər”.

Saakaşvilinin sözlərinə görə, Moskva regionun siyasətinə daha fəal müdaxilə etmək, habelə bölgədə Rusiya ordusunun əlavə hissələrini yerləşdirmək məqsədi ilə Azərbaycan və Ermənistan arasında yeni hərbi münaqişənin alovlanmasında maraqlıdır.

“Bunu etməklə Ermənistan həm böyük gəlir əldə edə, həm də əsas beynəlxalq marşrutlara daxil ola, mühüm nəqliyyat və logistika mərkəzinə çevrilə bilər. Beləliklə, hər iki tərəf müharibədən, rusların yerləşdirilməsindən qaçacaq və bu saziş Azərbaycanın mühüm tərkib hissəsinə çevrilə bilər. Və bu, gələcək sülh müqaviləsinin tərkib hissəsi olar”, – Saakaşvili yazıb.

Xuraman Etibarlı

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv