Saakaşvilidən azərbaycanlılara dəstək

“Türklər Gürcüstanın yerli və köklü xalqı, ölkənin bərabərhüquqli vətəndaşlarıdır. Dünyanın böyük probleminə çevrilən COVİD-19 koronovirusuna görə onların hədəfə alınması yolverilməz və Gürcüstan cəmiyyətinin sadiq olduğu demokratik prinsiplərə ziddir”.

Yenicag.az xəbər verir ki, bu sözləri martın 26-da Facebook üzərində canlı yayıma çıxan Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili deyib.

Yada salaq ki, bir neçə gün öncə Gürcüstan mediasında Marneli sakini azərbaycanlı qadının koronavirusa yoluxması ilə bağlı xəbər yayılandan sonra bəzi dairələr türklərin yaşadığı Kvemo-Kartli bölgəsini koronovirusun ocağı kimi göstərib, türk əhalini epidemoyanı yaymaqda suçlayıb. Ardınca Marneuli və Bolnisi rayonlarında karantin elan edilib, vətəndaşlara küçəyə çıxma yasağı qoyulub.

Türk əhalini hədəf alan yorumlara qarşı çıxan eks-prezident bildirib ki, bu cür düşünənlər və düşüncələrini tirajlayanlar vətəndaş cəmiyyətini parçalamaq istəyirlər: “Virusun dini, milliyyəti olmur. Ölkədə 70-dən yuxarı koronovirusa yoluxan vətəndaş var və onlardan yalnız biri türkdür. Xəstələrimizin arasında başqa millətlərin də nümayəndələri var – bu, təbiidir, çünki bizim ölkəmiz çoxmillətlidir. Müxtəlif xalqların birgə yaşayışı, müxtəlif mədəniyyətlərin eyni məkanda konfliktiz var olması Gürcüstanın zənginliyidir. Biz bu zənginliyi qorumalıyıq. Mən ölkəmiz və dünyamız üçün bu ağır günlərdə hər kəsi dayanışmaya və məsuliyyətsiz fikirlərdən uzaq durmağa çalışıram. Gürcüstanda da xəstəlik genişlənməyə başlayır. Bu o deməkdir ki, karantin şərtlərinə ciddi əməl edilməli, xəstəliyin qarşısını almaq üçün maksimum səy göstərməliyik”.

COP29