!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşviliyə azadlıq tələbi: "Qərb Tiflisin rusmeyilli siyasətindən narahatdır"

!Reklam – Yazi

“Saakaşvilinin həbs ediləcəyini bildiyi halda geri qayıtması hakimiyyəti çətin vəziyyətə salmağa hesablanıb”.

Bu sözləri Avropanın 72 siyasi xadiminin Mixail Saakaşvili üçün bəyanat imzalamasına münasibət bildirən politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, imza müəllifləri içərisində Avropa Parlamentinin deputatları, litvalı millət vəkilləri, Latviya və Ukrayna eks-prezidentləri, İsveçin keçmiş baş naziri və gürcü siyasətçilər var. Siyasətçilər bəyanatda Gürcüstandakı böhranın bitməsi üçün Saakaşvilinin azad olunmasının vacib olduğunu bildiriblər:

“Görünür, Qərb dairələri Gürcüstanda hökm sürən ikihakimiyyətlilikdən narahatdır və rusmeyilli qüvvələri idarəetmə sistemindən tamamilə uzaqlaşdırmağa çalışır. Saakaşvilinin ölkəsinə dönüşü təsadüfi vaxtda deyil. Onun həbs ediləcəyini bildiyi halda geri qayıtması hakimiyyəti çətin vəziyyətə salmağa hesablanıb. Lakin bələdiyyə seçkilərində yenidən seçilməklə “Gürcü arzusu” partiyası Rusiyanın Gürcüstanda hələ də dayaqlarının olduğunu göstərdi. Ancaq hər halda Saakaşvili onu həbsdən çıxaracaq gücə arxayın olmasaydı, dəmir barmaqlılar arxasına öz istəyi ilə gəlməzdi. Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austinin “3+3” formatına istinad edərək, “Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin” deməsi Saakaşvilinin Gürcüstana əbəs yerə göndərilmədiyini təsdiqləyir”.

Gülşən Şərif

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv