!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşviliyə Niderland sahib çıxdı - Şəxsiyyət vəsiqəsi verildi

!Reklam – Yazi

Ukraynadan çıxarılan Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkədəki hesabından məlumat yayıb. O, Amsterdamda kimliyini təsdiq edən sənəd əldə etdiyini bildirib.

Saakaşvilinin sözlərinə görə, artıq onun Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi var. Lakin o, Ukrayna vətəndaşlığını bərpa etməkdə israrlı olduğunu da bəyan edib.

Xatırladaq ki, Saakaşvili fevralın 12-də Kiyevdə saxlanılaraq Ukrayna ərazisindən çıxarılmış və Polşaya göndərilmişdi.

www.yenicag.az

1674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv