!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya sədrindən Mərkəzi Bank rəhbərinə SƏRT TƏNQİD: “Taleh Kazımovun başı böyük rəqəmlərə çox qarışıb”

!Reklam – Yazi

“İndi isə hər şeyi oliqarxlar gətirir, satır, hamı da məcburiyyətdən onların satdığını alır”.

Bu fikirləri Mərkəzi Bankın sədrinin quru sərhədlərin bağlı qalmasının iqtisadiyyata faydalı, Gömrük Komitəsi sədrinin rəyinə görə isə zərərli olması haqda yanaşmalarına münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı  Yenicag.az-a açıqlamasında deyib.Tural Abbaslının sözlərinə görə, belə bir iddiada olan Taleh Kazımov ya fikirlərini düzgün ifadə edə bilməyib, ya da dünyadan bixəbərdir:

 

“İki mühüm qurumun rəhbərinin bir-birinə əks fikirlər səsləndirməsi dövlət orqanları və məmurları arasında koordinasiyanın hansı səviyyədə olmasından xəbər verir. Mərkəzi Bankın sədri Taleh Kazımovu savadlı, perspektivli gənc kimi tanıyırdıq. Ancaq son zamanlar verdiyi bəyanatlar, bankların bağlanması ilə bağlı dedikləri həmin düşüncələri şübhə altına alır.

Taleh Kazımov “turizm inkişaf edir” deyəndə, bəlkə daxili turizmi nəzərdə turur? Quru sərhədlər bağlıdırsa, turizm necə inkişaf edir? Ola bilsin, onun Azərbaycandan xəbəri yoxdur. Sərhədlərin bağlı qalmasının sərhəd regionlarında yaşayanların həyatına necə təsir etdiyindən bixəbərdirlər.

İranla sərhəd bölgəsində yaşayanlar İran, Rusiya ilə sərhəd bölgəsində yaşayanlar Rusiya, Gürcüstanla sərhəd bölgəsində yaşayanlar isə Gürcüstanla ticarət əlaqələrinə görə ayaqda qalırdılar. Mümkündür ki, Taleh Kazımovun başı böyük rəqəmlərə çox qarışıb, regional məsələrdən məlumatı yoxdur.

Məncə, Mərkəzi Bankın rəhbəri ya fikirlərini düzgün ifadə edə bilməyib, ya da həqiqətən, ölkədən məlumatsızdır. Taleh Kazımov deyir ki, sərhədlərin bağlı qalması gəlirləri artırıb. Bu necə ola bilər? Yəqin oliqarxların gəlirlərinin artmasını nəzərdə tutur. Çünki əvvəllər insanlar gedib həmsərhəd ölkələrdən gündəlik tələbət malları alırdılar, oradan mal gətirib satırdılar. İndi isə hər şeyi oliqarxlar gətirir, satır, hamı da məcburiyyətdən onların satdığını alır”.

Səxavət Məmməd

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv