Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saat 17:00-dan bu yollar bağlanır - SİYAHI

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə əlaqədar saat 17:00-dan başlayaraq Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.

Bu tədbir İslam Həmrəylik Oyunları ilə əlaqədar təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədilə planlaşdırılıb.

Belə ki, “Azneft” meydanı, Neftçilər prospekti, Y.Səfərov küçəsi, Heydər Əliyev prospektindən Sabunçu dairəsinədək olan hissə, eləcə də bu əraziyə bitişik, kəsişən, paralel yollar üzrə hərəkət məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək. Qismən və fasilələrlə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar yol istiqamətində, 20 Yanvar dairəsi adlanan ərazidə də hərəkət istiqaməti dəyişdiriləcək. Hava limanı istiqamətinə, Bakının kənd və qəsəbələrə hərəkət edənlər isə bu gün Bakı-Hövsan, Balaxanı-Zabrat- Maştağa istiqaməti üzrə hərəkət edə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən – metronun “20 Yanvar”, “Gəncllik”, “Qara Qarayev” stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq.

Mərasim bitdikdən sonra isə stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdə – metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına daşınacaq. Metronun “Qara Qaryev” stansiyasından X1, “Gənclik” stansiyasından X2 və “20 Yanvar” stansiyasından X3 ekspress avtobusları Bakı Olimpiada stadionuna tamaşaçıları daşıyacaq.

İslamiadanın açılış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bir sıra küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması, eləcə də istiqamətinin dəyişdirilməsini nəzərə alaraq sürücülərə şəxsi avtomobillərdən istifadə etməmələrini tövsiyyə edilir.(azvision)

Yeniçağ.az

www.yenicag.az

473
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100